Məlumdur ki, müəyyən hallarda alınan torpaq sahələri təyinatı üzrə istifadə edilmir. Bu da sonradan bir sıra problemlərə səbəb olur. Məsələn, əkin sahələri üçün ayrılmış torpaqlar tikinti məqsədi ilə istifadə olunur və nəticədə əkin sahələri azalır. Belə halların qarşısını almaq üçün cərimələr dəfələrlə artırılıb. İstər ümumi istifadədə olan, istərsə də kənd təsərrüfatı əhəmiyyətli torpaqlardan təyinatına görə istifadə edilməməsi sonradan müəyyən problemlərə səbəb olurdu.
Torpaqdan təyinatına uyğun istifadə edilməməsinə görə nəzərdə tutulan cərimələrin artırılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklik artıq qüvvəyə minib.
Əvvəlki qaydalarda cərimələrin miqdarı fiziki şəxslər üçün maksimum 10, vəzifəli şəxslər üçün 16, hüquqi şəxslər üçün isə 35 manat idi.
Ümumi istifadədə olan torpaqlarla yanaşı, əkin sahələrini təyinatı üzrə istifadə etməməyə görə də cərimələr artırılıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB