YAP rəsmisi: “Cəmil Həsənlinin siyahını yenilik kimi ortaya qoyması gülüncdür” AÇIQLAMA
"Cəmil Həsənlinin seçkilər ərəfəsində özünəməxsus şəkildə hazırladığı siyahı mənasız bir şeydir. Çünki siyahıya baxanda favorit namizədlər onsuz da bəlli idi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, siyahıda bir neçə dəfə eyni dairədən seçilmiş şəxslər, o cümlədən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən dəstəklənən, Azərbaycanda cəmiyyətində xüsusi hörməti olan insanlar var idi. Biz orada özümüzdən Amerika kəşf etməmişdik. Sadəcə olaraq biz namizədlərin ad və soyadlarını vermişdik. Təbii ki, bunun da heç bir əhəmiyyəti olmadı. Çünki bütün Azərbaycan xalqına bəlli idi ki, bir dairədən hər hansı bir şəxsin namizdliyi verilibsə, onun oradan seçilmək şansı daha yüksək idi. Cəmil Həsənlinin bunu hər hansı bir yenilik və yaxud təbliğat kimi ortaya qoyması gülüş doğurur. Onsuz da Cəmil Həsənlinin bütün əsərləri elə bu cür arxiv materiallarından ibarətdir. O, sadəcə olaraq siyahıya baxıb və bilirdi ki, burada favorit namizəd kimdir. Çünki Cəmil Həsənlinin özü vaxtilə Milli Məclisin üzvü olmuşdu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB