117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Naxçıvanlı Aqiyə Həbib qızının 1 noyabr 2015-ci il tarixdə keçiriləcək Milli Məclis seçkilərilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Qəbələ rayonunun Zarağan, Daşca, Aydınqışlaq və Yaqublu kəndlərindən olan seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü YAP Mərkəzi Seçki Qərargahının Qəbələ rayonu üzrə səlahiyyətli nümayəndəsi Elçin Tağıyev açaraq Aqiyə Naxçıvanlının əmək fəaliyyəti, eləcə də seçki platforması barədə seçicilərə geniş məlumat verib. Qeyd olunub ki, onun ictimai-siyasi fəaliyyəti, millət vəkilliyi hər zaman ölkəmizin inkişafına və tərəqqisinə doğru yönəlib. Eyni zamanda elm və təhsil sahəsində əldə edilən nailiyyətlərdə də Aqiyə Naxçıvanlının özünəməxsus töhfələri, ardıcıl uğurları vardır. Səlahiyyətli nümayəndə seçiciləri noyabrın 1-də Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Sonra millət vəkilliyinə namziəd Aqiyə Naxçıvanlı Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bildirib ki, bundan sonra da ona göstərilən etimadı doğruldacaq.
Ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticələrindən, əldə edilən davamlı nailiyyətlərdən ətarflı şəkildə bəhs edərək, seçki platformasının mahiyyəti barədə geniş təfsilatla çıxış edib. Xüsusilə vurğulanıb ki, son illərdə Azərbaycan Respublikası Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edib və bugün də həmin inkişaf, tərəqqi davam edir: "Əlbəttə ki, əldə edilən hər bir nailiyyət, hər bir uğur və hər bir qələbə bilavasitə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və bu gün ölkəmizin rəhbəri Cənab İlham Əliyev tərəfindən müdirikliklə davam etdirilən siyasətinin real göstəricisidir. O cümlədən, YAP-ın namizədlərinin də hər zaman parlament seçkilərində birmənalı qələbə qazanmaları, xalqın bu dövlətə və partiyaya olan inam və etibarının bariz nümunəsidir". Aqiyə Naxçıvanlı seçki günündə hər kəsi fəal olmağa, seçki məntəqələrinə gələrək, öz namizədlərinə səs verməyə çağırıb.

Görüşdə YAP tərəfindən namizədliyi irəli sürülmüş Aqiyə Naxçıvanlının vəkilləri Emin Əzimli və Fizuli Sadəddinov da çıxış ediblər. Onlar da, öz növbələrində Aqiyə Naxçıvanlının öncəki deputatlıq fəaliyyəti barədə seçicilərə məlumat verməklə yanaşı, gördüyü işlər barədə seçicilərə ətraflı məlumatlar veriblər. Namizədin vəkilləri 1 noyabrda bütün seçiciləri məhz YAP-ın namizələrinə səs verməyə dəvət ediblər.

Görüşdə çıxış edən seçicilər də noyabrın 1-də Yeni Azərbaycan Partiyasının namizədi Naxçıvanlı Aqiyə Həbib qızına səs verəcəklərini bildiriblər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının namizədi ilə seçicilər arasında diskussiya aparılıb. O, seçicilərə seçki platforması və planları barədə ətraflı məlumat verib, kənd sakinlərinin təklif və fikirlərini dinləyib. Görüş maraqlı diskussiya və səmimi söhbətlərlə başa çatdırılıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB