Nizami rayon İcra Hakimiyyəti jurnalistləri mükafatlandırıb TƏDBİR-FOTOLAR
Görüşü giriş sözü ilə açan Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini Qərib Məmmədov qonaqları salamlayaraq qeyd edib ki, bu il artıq 140 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur: "Bütün illərdə mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. Bu gün Azərbaycanda sözün həqiqi mənasında fəxr ediləsi mətbuat nümayəndələri var və biz onlara daim diqqət göstərməyi özümüzə borc bilirik".
Dövlət başçısının dərindən düşünülmüş, müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan icra başçısının müavini qeyd edib ki, 2013-cü il iyul ayının 22-də Milli Mətbuat günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə jurnalistlərə mənzillərin paylanması da məhz bunun bariz nümunəsidir.
Daha sonra çıxış edən icra başçısının müavini Gülnaz İsrafilova Azərbaycanın Ümümmilli Lideri Heydər Əliyevin milli mətbuatımıza göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, qeyd edib ki, Ulu Öndərin siyasi iradəsi nəticəsində pluralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşdı, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atıldı: "Ulu Öndərin müvafiq Fərmanı ilə mətbuat üzərində senzura ləğv edildi, qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları əvvəlcə donduruldi, sonradan isə birdəfəlik olaraq ləğv edildi. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir".
KİV-lərlə RİH hakimiyyəti arasında sıx əlaqələrdən danışan Gülnaz İsrafilova onu da vurğulayıb ki, son illər ərzində KİVDF ilə birgə "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqələri, Milli Mətbuat günü ərəfəsində müxtəlif mövzularda konfrans, tədbir və görüşlər keçirilib: "Həmçinin RİH və KİV-lər arasında sıx əməkdaşlıq əlaqələri qurulub və bu əlaqələr ildən ilə daha da möhkəmləndirilir".
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktorunun müavini Aqşin Hümmətov və başqaları Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq, dövlətimizin müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə etdiyi uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 140 illiyi ilə əlaqədar Ölkə başçısının sərəncamına uyğun olaraq respublikanın bölgələrində keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr fondun keçirdiyi müsabiqələr və onların yekunu barədə danışaraq mətbuat nümayəndələrinə göstərilən diqqət və qayğını olduqca yüksək qiymətləndirib.
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxışında mətbuat nümayəndələrini bayramları münasibəti ilə təbrik edib.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nizami rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ukrayna hansı kozırları oynaya bilər?
Dünya 20:05Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



