Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə zərərçəkən 10 nəfər çıxış edərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş ediblər. Dövlət ittihamçısı Anar Mirkişiyev bildirib ki, Arsen Baqdasaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsinə əsasən irəli sürülən ittihamlardan 5-i milli təhlükəsizilik zəminində, 7-si isə cinayət törətməyə cəhdə görədir.
Prokuror erməni diversantın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Arsen Baqdasaryanın vəkili Ramiz Abdullayev isə məhkəmədən bir neçə saatlıq vaxt istəyib. Məhkəmə prosesi bu gün saat 17:30-a təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB