Fərhad Hacıyev: “Ölkəmizdə gənclər siyasəti dünya üçün bir modeldir"

Fərhad Hacıyev: “Ölkəmizdə gənclər siyasəti dünya üçün bir modeldir"

"Ümummilli Lider Heydər Əliyev tərəfindən 1997-ci ildə Gənclər günü təsis edilib. Hər il ənənəvi olaraq 2 fevral Gənclər günü kimi qeyd olunur". Bunu SİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.

İcraçı direktorun sözlərinə görə, Azərbaycan gəncliyi xoşbəxt bir gənclikdir ki, onun 2 fevral Gənclər günü var: "Ölkəmizdə gənclər siyasəti dünya üçün bir modeldir. Çünki dünyanın heç bir ölkəsində gənclərə bu qədər diqqət və qayğı göstərilmir. Təsəvvür edin ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Gənclər və İdman Nazirliyi yaradıldı. Bu Ümummilli Liderin ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra yaratdığı ilk dövlət qurumudur. Eləcə də dahi şəxsiyyətin hakimiyyətə gəldikdən sonra ilk görüşləri gənclərlə olub. Gənclər haqqında qanun qəbul edildi, xüsusi fərmanlar imzalandı və 20-dən artıq dövlət proqramları qəbul edilmişdi. Azərbaycan gəncliyi bu gün tamamilə dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bu gün elə bir gənc yoxdur ki, onun qarşısında dövlətin geniş imkanları açılmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə