Baş katibin müavini: "Ümid edirəm ki, görüş çox məhsuldar olacaq"
"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin gömrük idarələri rəhbərlərinin iclasında əsas məqsəd, bu görüş üçün əsas materialların hazırlanmasıdır". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən QDİƏT üzv dövlətləri Gömrük İdarələri Rəhbərlərinin iclasında iştirakı zamanı jurnalistlərə açıqlamasında QDİƏT Daimi Beynəlxalq Katibliyinin Baş Katibin müavini, səfir Traian Chebeleu deyib.
Onun sözlərinə görə, bu qrupun sonuncu görüşü 6 il bundan əvvəl keçirilib: "Bu iclasda 6 il ərzində görülən işlər barədə ətraflı müzakirələr aparılıb. Bu təşkilatda əlaqələndirici funksiyasını həyata keçirən Azərbaycanın tövsiyyəsi ilə gündəlikdə olan ən vacib məsələlər müzakirə olundu. Əsas məsələlərdən biri də, müxtəlif dövlətlər arasında ticarətin asanlaşdırılması üçün gömrük orqanlarının oynadığı roldan ibarətdir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədlərindən biri, məhz region daxilində və ölkələr arasında ticarət mübadiləsinin aparılması və ticarət münasibətlərinin daha da geniş vüsət tapması, o cümlədən ticarətin asanlaşdırılmasıdır. Ümid edirəm ki, görüş çox məhsuldar olacaq və bu, görüşün nəticələrinin qəbul ediləcək yekun sənədində də öz əksini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB