Bu gün Azərbaycan Müəllimlər İnstitutu və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı gününə həsr olunmuş "Bayrağımız kimliyimizdir" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, prorektor və müəllim heyyəti, eləcə də tələbələr iştirak ediblər. Tədbir öz işinə Azərbaycan dövlət Himninin səsləndirilməsi ilə bağladı.
Tədbiri giriş sözü ilə açan instutun dosenti Razim Məmmədov 9 noyabr bayraq günü ilə əlaqədar məlumat verərək qeyd etdi ki, hər il olduğu kimi bu ildə xalqımız Dövlət Bayrağı Gününü böyük fərəh və qürur hissi ilə keçirir: "Xalqımızın Ulu Öndəri Heydər Əliyev Azərbaycanın üçrəngli müqəddəs bayrağı haqqında fikirlərini bildirərkən vurğulamışdır ki, Azərbaycanın dövlət bayrağı xalqımızın mərdliyinin, igidliyinin, şərəf və ləyaqətinin ali simvoludur. Bu gün müstəqil Azərbaycan bayrağı müxtəlif rəsmi təşkilatların binalarının qarşısında əzmlə dalğalanır. Eyni zamanda, ölkə Prezidenti cənab İlham Əliyev dünyanın bir çox nüfuzlu qurumlarında, tədbirlərində iştirak edərkən bayrağımız müstəqil Azərbaycanın tərənnümçüsü kimi ən ali məqamlarda dalğalanır".
Daha sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd etdi ki, hər il olduğu kimi, bu il də Azərbaycan Müəllimlər İnstitutu bu bayramı böyük sevinclə qeyd edir: "9 noyabr Dövlət Bayrağı Günü, istərsə də digər xüsusi bayram günlərinin keçirilməsində məqsəd, ilk növbədə, tələbələri, gəncləri maarifləndirməkdir. Onlarda dövlətimizin ictimai-siyasi işlərinə maraqlarını artırmaq və tələbələrimizi dövlət atributlarına dövlət ruhunda tərbiyə etməkdir. Müqəddəs bayrağımız zamanın və tarixin keşməkeşli illərindən keçərək, bu günümüzə qədər gəlib çıxmış, xalqımız tərəfindən yaşadılmış, ucaldılmışdır. Məhz bu faktor bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycan xalqı hər an, hər saniyə öz dövləti, vətəni, bayrağı uğrunda canını fəda etməyə hazırdır. Əlbəttə ki, müstəqil Azərbaycanın daha güclü və qüdrətli olması üçün xalqımız müstəqil bayraq altınada cənab İlham Əliyevin ətrafında sıx birləşib. Məhz bu vəhdət bayrağımızın əbədi olaraq başımız üzərində dalğalanacağını ehtiva edir. Bu gün mən və hər bir vətəndaşımız inanırıq ki, çox yaxın tarixdə Azərbaycanın üçrəngli bayrağı Xankəndində, Şuşada dalğalandırılacaq".
Tədbirin rəsmi hissəsindən sonra 9 noyabr Bayraq gününə həsr edilmiş bayram konserti təqdim edildi.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB