"Parlamentin yaz sessiyası müddətində 12 iclas keçirilib, 131 qanun və qərar qəbul edilib". SİA-nın xəbərinə görə, bunu parlamentin spikeri Oqtay Əsədov bugünkü plenar iclasda çıxış edərkən deyib.
Spiker ilk olaraq millət vəkillərini payız sessiyası münasibəti ilə təbrik edib və onlara işlərində uğurlar arzulayıb.
O. Əsədov daha sonra parlamentin yaz və növbədənkənar sessiyası ərzində görülən işlər barədə məlumat verib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti və hüquq bazası daha da möhkəmlənib: "Bununla yanaşı, Milli Məclsin beynəlxalq əlaqələri sürətlə inkişaf edib. Yaz və növbədənkənar sessiyası ərzində 38 ölkəyə 75 nümayəndə heyətimiz səfər edib. Eyni zamanda 40-dan çox xarici ölkənin 67 nümayəndə heyəti ölkəmizdə səfərdə olub".
O. Əsədov onu da əlavə edib ki, Milli Məclisin xətti ilə 6 beynəlxalq təşkilatın forumları məhz Azərbaycanda keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB