"Ümumiyyətlə 22 il şuşasız ifadəsi ilə heç də razı deyiləm. Şuşa yerini dəyişməyib. Sadəcə olaraq oranın sakinləri müvəqqəti olaraq öz yerlərini dəyişib". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Muğam Mərkəzində Şuşanın 22-ci ildönümü ilə bağlı təşkil olunan mərasimində çıxışı zamanı deyib.
Baş nazirin müavini deyib ki, Ulu Öndər Heydər Əliyev qədər Şuşaya heç kim qiymət verə bilməz: "Ermənilər görünür Şuşada bir eməni doğulmaqla oranı öz ərazisi sayırlar. Təsəvvür edin ki, bu gün bir azərbaycanlı başqa diyara gedib orada məskən salsın. Təbii ki, bu mümkün deyil. Onlar istənilən bir yurda gedib yerləşirlər və sonradan oranı öz əraziləri sayırlar. Şuşa 366-cı moto atıcı alayın dövründə işğal olunub. Hətta Şuşa boş olanda belə, ermənilər qorxaraq həmin ərazilərə girmirdilər. Onlar gözlərinə inana bilmirdilər ki, bu ərazilər boş ola bilər, Şuşa nəinki Azərbaycan, eləcə də türk dünyası üçün müqəddəs yerdir. Şuşa 170 il Qarabağın ərazisi olub. Hətta məndə olan məlumata görə, Şuşada Xarı bülbül belə, yetişmir. Ermənilər bizim əraziləri, xüsusilə Şuşanı işğal altında saxlamaqla axı nə qazandılar? Təbii ki, heç nə !". Mən başa düşə bilmirəm ki, bəzi dövlətlər Ermənistanın nəyinə vurulub. Serj Sarksiyanın üzündən qaniçənlik yağır".
Əli Həsənov bildirib ki, Azərbaycan uzun müddət Rusiyanın tərkibində olub: "Biz bunu danmırıq. Biz bu gün Rusiya üçün daha əhəmiyyətli və faydalıyıq. Hesab edirəm ki, artıq Ermənistan Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir. Bu gün bütün dünya ermənilərin ikiüzlülüyündən, satqınlığından istifadə edir və s. Azərbaycan Prezidenti ölkəmizdəki inkişafın təməlini qoydu və bunu bütün dünyaya sübut etdi".
Diqqətə çatdırılıb ki ATƏT-in Minsk qrupu bu gün elə yaradılıb ki, Dağlıq Qarabağ problemi öz həllini tapmasın: "20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beç bir iş görməyib. Onların fəaliyyəti boş və mənasızdır. Bu gün Azərbaycan Prezidenti öz xalqı, milləti üçün nə varsa edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB