Bakıda Ulu Öndərin anım günü ilə bağlı "Xalqa bağışlanan ömür" adlı mövzusunda tədbir keçirilir
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsi Ümummilli Lider Heydər Əliyevin nanım günü ilə əlaqədar "Xalqa bağışlanan ömür" adlı tədbir keçirilir. Tədbirdə millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Zahid Oruc, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Ombudsman Elmira Süleymanova, Konorejissor Aydın Kazımzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, mədəniyyətiyyət xadimləri, nazirlik nümayəndələri və digərləri iştirak ediblər.
Tədbirdə Ümummilli Lider bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk çıxış edən əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə bildirib ki, Ümummilli Lider haqqında söz demək çox şərəfli və məsuliyyətlidir. Ulu Öndərin kino sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açan A. Kazımzadə vurğulayıb ki, Ümummilli Lider Azərbaycan kinosunun təşəbbüskarı olub: "Mən 50 illik fəaliyyətim zamanı Ulu öndərin kino fəaliyyətini izləmişəm. Bu o demək deyil ki, Ulu Öndər kino çəkib. Xeyr, sadəcə Ulu Öndərin bir əli kino sənətinin üzərində olub və bu istiqamətdə gördüyü işlər əvəzsizdir. Mən onun bu sahə ilə bağlı gördüyü işləri bir yerə toplayaraq öz istəyimlə "Heydər Əliyev Kinomotoqraf" adlı kitab çap etdirmişəm. Ümummilli Lider SSRİ kinomotoqrafiyasının inkişafında xüsusi xidmətlərə malikdir. Azərbaycanla bağlı isə Ulu Öndərin gördüyü işlər əvəzsizdir".
Qeyd edək ki, tədbirdə BŞİHB Aparatının Kino Xidmətləri İdarəsi tərəfindən hazırlanan film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB