Elmar Məmmədyarov ABŞ konqresmenlərini qəbul edib

Elmar Məmmədyarov ABŞ konqresmenlərini qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov konqresmenlər - Vaşinqton ştatından demokrat Cim MakDermott, Virciniya ştatından demokrat Ceyms Moran, Missuri ştatından respublikaçı Billi Lonq, Nyu Cersi ştatından demokrat Donald Peyndən ibarət ABŞ nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, nazir Elmar Məmmədyarov Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini qeyd edərək, bu cür səfərlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyinə əminlik ifadə edib.

Konqresmenlər ölkəmizdə gördükləri qonaqpərvərlikdən və Azərbaycanda gedən sürətli inkişaf proseslərindən məmnunluqlarını ifadə ediblər. Qonaqlar eyni zamanda Azərbaycanı siyasi cəhətdən sabit və iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi xarakterizə ediblər.

Nazir Elmar Məmmədyarov ölkəmizin ABŞ-la möhkəm əməkdaşlığı nəticəsində regionda həyata keçirdiyi nəhəng layihələrin bütövlükdə regionun inkişafında oynadığı rol barədə məlumat verib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov bu münaqişənin nizama salınmasında ABŞ-ın həmsədr ölkə kimi rolunun vacib olduğunu vurğulayıb. Görüşdə həmçinin, ikitərəfli əlaqələrin inkişafı perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə