"ATƏT özünü obyektivlik nümunəsi hesab edirsə, Dağlıq Qarabağ problemini həll etsin"
"Azərbaycanda keçirilən seçki prosesini izləyən nüfuzlu beynəlxalq müşahidəçilər və mərkəzlər ölkəmizdə şəffaf, demokratik və azad şəkildə seçkilərin baş tutduğunu deyirlər. Azərbaycan dünyaya seçki mədəniyyətini nümayiş etdirdi. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) yanaşmasında ziddiyyətli məqamlar var idi. Ümumiyyətlə, ATƏT hər zaman seçkilərə münasibətdə bir çox hallarda real nəticələrə uyğun olmayan yanaşmalarla yadda qalıb". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli ATƏT/DTİHB-in və ATƏT Parlament Assambleyasının (ATƏT PA) Azərbaycanda keçirilən prezident seçkilərinə dair ilkin faktlar və nəticələrlə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ATƏT/DTİHB-in bu cür yanaşmaları ilk deyil: "ATƏT dünyada obyektivlik nümunəsi kimi tanınırsa, seçkilərə son dərəcə real qiymət verirsə, niyə o zaman üzərinə götürdüyü Emənistan- Azərbaycan Dağlıq Qarabağ probleminin həll edilməsi missiyasını 21 ildir ki həyata keçirə bilmir? 1992-ci ilin mart ayından fəaliyyət göstərən ATƏT-in Minsk qrupu 21 ildir guya bu istiqamətdə fəallıq nümayiş etdirir, lakin nəticə sıfıra bərabərdir. Bu illər ərzində sıfıra bərabər nəticə nümayiş etdirən təşkilatın seçkilərdə birdən-birə son dərəcə obyektiv fikir irəli sürməsini heç cür başa düşmək olmur. Məndə belə bir təsəvvür var ki, əgər ATƏT bu və ya digər prosesə qiymət verdikdə neqativ mövqe bildirirsə, deməli o əslində pozitivdir. Bu qənaətə ATƏT-in fəaliyyəti, xüsusən də Dağlıq Qarabağla bağlı fəaliyyətinin nəticəsində gəlmişəm. Çünki ATƏT bir qurum kimi bu cür imic formalaşdırıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB