“Cəmil Həsənlinin sənəd kimi təqdim etdiyi materiallar mənasız kağız parçalarıdır”
"Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün hər cür şərait var. Eyni zamanda hüquqi mühit mövcuddur. İctimai Televiziyada debatlarda çıxış edən namizədlər öz platformalarını ortaya qoymaq əvəzinə, lazımsız qalmaqallar yaradırlar. Biz onlardan platforma, proqram çıxışı gözləyirik. Çox təəssüf ki, biz gözlədiklərimizi görmürük, ancaq qalmaqal, heç bir əsası olmayan iftira, şər-böhtan görürük. Düzdür, dünya praktikasında belə şeylər olur, amma bu, arzu olunan deyil". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, Azərbaycanda bütün dövlət orqanları - İcra hakimiyyətləri, Mərkəzi Seçki Komissiyası, polis və digərləri öz vəzifələrini bilir və bu istiqamətdə normal fəaliyyət göstərirlər. O, həmçinin "Milli Şura"nın namizədi Cəmil Həsənlinin ölkədən qeyri-qanuni olaraq 48 milyard dolların çıxarılması barədə ittihamına da cavab verib: "Bu qədər pulun adını çəkən adam ortaya dediklərini sübut edən sənədlər qoymalıdır. Onun təqdim etdikləri isə sənəd deyil, hansısa ölkənin qəzetlərində dərc olunmuş əsassız materiallardır. Xarici ölkənin qəzetlərində dərc olunanlar isə əksər hallarda erməni lobbisinin qurduğu oyunların nəticəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB