Prezident Administrasiyasının rəhbəri Tehranda müzakirələr aparıb
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin başçılığı ilə nümayəndə heyəti İranda bir günlük səfərdə olub.
İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri Səid Cəlili ilə keçirilən görüşdə Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
İki ölkə arasındakı əlaqələrin tarixi, mədəni, iqtisadi tellərlə möhkəm bağlı olduğunu diqqətə çatdıran Ramiz Mehdiyev bildirib ki, xalqlarımız və ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişafı hər iki tərəfin maraqlarını tam əks etdirir. Azərbaycan Respublikasının səmimi dostluq və mehriban qonşuluq siyasəti Azərbaycan-İran münasibətlərində mühüm rol oynayır və böyük tarixi əhəmiyyət kəsb edir.
Görüşdə qeyd edilib ki, bundan sonra da ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı bütün imkanlardan səmərəli istifadə olunmasına səylər göstəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB