Ulu öndər Heydər Əliyev Azərbaycan neft strategiyasının banisidir

Ulu öndər Heydər Əliyev Azərbaycan neft strategiyasının banisidir

Qaradağ rayonunda yerləşən "Qaz Anbarlarının İstismarı" İdarəsində Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə idarənin rəisi Zaur Bağırov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. Qeyd edib ki, Azərbaycanı yox olmaqdan, parçalanmaqdan xilas etmiş Ulu Öndərimiz Heydər Əliyev müstəqil və suveren Azərbaycana əbədi qarantdır. Azərbaycan neft strategiyasının banisi olan Ümummilli Lider Heydər Əliyevin ölkəmizin gələcək inkişafı ilə bağlı atmış olduğu addımların bu gün də öz töhfəsini verdiyini diqqətə çatdıran Z.Bağırov dövlətimizin bu gün daha da güclü və dayanıqlı formada inkişaf etdiyini vurğulayıb.

Tədbirdə həmçinin idarənin rəis müavini Firudin Babayev Ulu Öndərin keçdiyi həyat yolu, siyasi fəaliyyəti, Azərbaycan xalqı üçün gördüyü işlər haqqında geniş şəkildə məruzə ilə çıxış etdi. YAP Qaradağ rayon təşkilatının əməkdaşları Hidayət Bayramov və Zaməddin Həmzəyev də çıxışlarında Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, onun xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edərək, ölkəmizin bu gün yüksək inkişaf tendensiyalarından da bəhs ediblər.

Tədbirdə həmçinin Azərbaycan Oftalmologiya elminin inkişafında xüsusi xidmətləri olmuş, Akademik Zərifə Əliyevanın da ömür yolundan, onun bir qayğıkeş, ana, gözəl Azərbaycan xanımı kimi böyük bir nümunə olduğu da vurğulanıb. "Qaz Anbarlarının İstismarı" İdarəsinin kadrlar şöbəsinin rəisi Arifə Süleymanova görkəmli oftalmoloq akademik Zərifə Əliyevanın fəaliyyəti haqqında geniş şəkildə çıxış edərək, tibb sahəsində gördüyü işlər haqqında məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə