"Mənə elə gəlir ki, ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melianı ümumi müsahibələr fonunda tora salıblar və o diplomatik tələyə düşüb. Bunu SİA-ya millət vəkili Zahid Oruc ötən gün ABŞ müşavirinin "Turan" agentliyinə verdiyi müsahibənin təhrif olunmasına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, "qırmızı xətt" və s. anlayışlar, heç bir halda diplomatın dilindən söylənilən ifadələr ola bilməz: "Yəni bu elə jarqonlar, epitetlərdir ki, beynəlxalq münasibətlər sisteminə aid olan şəxslər üçün məqbul sayılmır. Əgər biz bu məsələdən çıxış etsək onda belə çıxır ki, hansısa ölkənin xəttini, hərəkət trayektoriyasını, hüquq müstəvisini başqa bir dövlət müəyyənləşdirir. İkincisi, dünyanın onlarla ölkəsinin praktikasına fikir versək görərik ki, həmin ölkələrin baş nazirləri dəfələrlə prezident seçilirlər. Bu 27-30 ili əhatə edib. Düşünürəm ki, bu məsələlərdə seçilən ifadələrin yaratdığı xətaları sonradan "Turan" agentliyi təkzib etməklə tam aydınlıq gətirilməsinə belə nail olmadı. Məhz buna görə də onlar məşhur ifadə ilə deyirlər ki, "üzürü günahından betər" oldu.
"NATO-nun üzvü olan, Avropanın ən qabaqcıl demokratiyalarından sayılan Fransada yalnız 2006-2007-ci ilə qədər müddəa qüvvədə idi. Bir neçə ölkədə hələ də hər hansı məhdudiyyətlər tətbiq olunmur. Beləliklə də bu məsələni beynəlxalq münasibətlər sistemi üçün problemə çevirmək də çox yanlışdır. Mən əminəm ki, ABŞ-da, Rusiyada və digər dövlətlərdə birmənalı şəkildə prezident İlham Əliyevin liderliyini və onun gələcək prezidentliyini arzulayırlar. Çünki buna qədər ki, dövrdə qurulan mexanizm, stabillik, xarici əlaqələrdəki dayanıqlıq, Azərbaycanın önəmli siyasi rolu, tam əsaslar yaradır ki, bu davam etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB