Seymur Orucov: “Akademik Ramiz Mehdiyevin elə məqalələri çıxır ki,..”

Seymur Orucov: “Akademik Ramiz Mehdiyevin elə məqalələri çıxır ki,..”

"Akademik Ramiz Mehdiyevin siyasi fəaliyyətini biz Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi olaraq hər zaman yüksək səviyyədə qiymətləndiririk". Bunu SİA-ya YAP GB-nin sədri Seymur Orucov Prezident İlham Əliyev tərəfindən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Şərəf" ordeni ilə təltif edilməsinə münasibət bildirərkən deyib.

YAP GB sədrinin sözlərinə görə, akademik Ramiz Mehdiyev hər an Ulu öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin siyasətinə xidmət edən şəxs olub: "Ramiz Mehdiyev Azərbaycanın çiçəklənməsində, ictimai-siyasi həyatında hər zaman aktiv iştirak etmiş bir şəxs olmaqla yanaşı, həm də çox tanınmış ziyalı və akademikdir. Biz onun əsərlərini dəfələrlə oxumuşuq. Müəyyən zamanlarda R.Mehdiyevin elə məqalələri çıxır ki, həqiqətən də həmin məqalələrə bizim cəmiyyətin ehtiyacı olur. Cənab prezident İlham Əliyev R.Mehdiyevi ən dəyərli ordenlərlə təltif edib. R.Mehdiyev bu nailiyyətlərin hər birinə layiqli şəxsiyyətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə