"Dağlıq Qarabağ silahların səsi ilə alınacaq"

"Dağlıq Qarabağ silahların səsi ilə alınacaq"

"Ermənistan prezidenti Serj Sarkisyanın hər dəfə həyasızcasına bəyanatlar verməsinə baxmayaraq, Dağlıq Qarabağ xalqı deyilən bir anlayış yoxdur". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Ermənistan prezidentinin Dağlıq Qarabağın qaytarılmasının mümkünsüz olduğuna dair verdiyi sərsəm bəyanata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qarabağ xalqı deyilən bir anlayış beynəlxalq hüquq tərəfindən qəbul olunmayıb, oluna da bilməz: "S.Sarkisyanın belə bəyanatlar verməsi bilavasitə seçki kampaniyası ilə bağlıdır. Hərbi cinayətkar olan S.Sarkisyan məhz Qarabağda törətdiyi cinayətlərin üzərində hakimiyyətə gəlib. Ötən seçkidən sonra həm işğalçı rejimin nəzarəti altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərə, həm də Ermənistanda yaşayanlara Dağlıq Qarabağın hüquqi status məsələsinin həll edilməsi ilə bağlı vədlər verən S.Sarkisyan bunları yerinə yetirə bilmədiyi üçün populist bəyantlar vermək məcburiyyətindədir. Onun seçkidən öncə Dağlıq Qarabağdan başqa ortaya qoyacağı faktor yoxdur və yalnız işğal faktı ilə hakimiyyətini qoruyub saxlamaq istəyir. Çünki ölkə aclıq içərisindədir. Bundan başqa sirr deyil ki, S. Sarkisyan Dağlıq Qarabağı heç vaxt qaytarmayacaq, Azərbaycan işğal olunmuş torpaqlarını öz gücü ilə geri alacaq. İşğalçı öz başına torpaqları qaytarmayacaq, ona görə də zorla alınmış torpaq zor gücünə, silahların səsilə qaytarılacaq. Bununla da Azərbaycan Dağlıq Qarabağda işğalçı rejimin girovuna çevrilmiş erməniləri də bu cinayətkarların əlindən azad etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə