Ermənistan rəhbərliyi hazırki vəziyyətdə çalışır ki, yeni taktiki gedişlər etsin. Onlar hər vəchlə səy göstərirlər ki, qondarma Dağlıq Qarabağ (DQ) respublikasını beynəlxalq birliyin ən zəif iştirakçıları, subyektləri belə tanısın. Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli deyib.
Politoloq hesab edir ki, bu Beynəlxalq hüquq prinsiplərinə tamamilə zidd bir addımdır: "Uruquvay dövləti BMT-də təmsil olunan bir dövlətdir. Düşünürəm ki, Uruquvay dövlətinin atdığı bu addım məqsədyönlüdür. Ermənistan tərəfi Uruqvay dövlətinə də məhz bu kontekstdə yanaşır. Biz dəfələrlə Uruqvay dövlətinin rüşvət, yardımlar müqabilində anoloji addımlar atmasının şahidi olmuşuq. Düşünürəm ki, bu heç bir halda Azərbaycan Uruqvay münasibətlərinə yardımçı olmayacaq. Hesab edirəm ki, Ermənistan rəhbərliyinin istənilən addımı, bu və ya digər dövlətin nümayəndələrini rəsmi şəkildə öz ölkəsinə dəvət etməsi danışıqlar prosesinin dondurulmasına hesablanıb. Düşmən tərəfi hər vəchlə çalışır ki, danışıqları pozsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB