Xarici işlər naziri Elmar Məmmədyarovun Kolumbiyaya səfəri çərçivəsində Azərbaycan və Kolumbiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib.
XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Kolumbiya nümayəndə heyətinə bu ölkənin xarici işlər naziri Maria Angela Holguin Cuellar başçılıq edib. Görüş çərçivəsində hər iki tərəfdən olan iş adamları arasında məsləhətləşmələr aparılıb və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib. Sonda nazirlər Elmar Məmmədyarov və Maria Cuellar mətbuat nümayəndələri üçün brifinq keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB