Həzi Aslanovun abidəsinin açılışında prezident İlham Əliyev iştirak edib

Həzi Aslanovun abidəsinin açılışında prezident İlham Əliyev iştirak edib

Bu gün Dağüstü parkda general-mayor Həzi Aslanovun abidəsinin təmir-bərpa işlərindən sonra açılışı keçirilib. SİA-nın xəbərinə görə, abidənin açılış mərasimində prezident İlham Əliyev iştirak edib.

Azərbaycan prezidenti 9 May – Qələbə Günü münasibətilə general-mayor Həzi Aslanovun abidəsini ziyarət edərək abidənin üzərinə gül dəstəsi qoyub. Daha sonra Böyük Vətən müharibəsi veteranları ilə görüşən prezident İlham Əliyev onların problemləri ilə maraqlanıb.

Qeyd edək ki, mərasimdə hökumət üzvləri, parlament nümayəndələri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə