Türkiyə “erməni soyqırımı”nın tanınmasına qarşı mübarizəni gücləndirir
Qondarma "erməni soyqırımı"nın "100 illiyi"lə bağlı Türkiyənin hakim qüvvələri daha güclü işlər aparmaq niyyətindədir. SİA-nın məlumatına görə, bu barədə qardaş ölkədə nəşr olunan "Hürriyyət" qəzeti yazı dərc edib.
Qəzetin məlumatına görə, Türkiyə baş naziri müavininin nəzdində fəaliyyət göstərən xaricdə yaşayan türklərlə iş üzrə idarənin sentyabrın 15-də minədək türk diaspor rəhbərlərilə görüşü keçiriləcək. Məlumata görə, bu işə xaricdə yaşayan azərbaycanlıların da cəlb ediləcəyi gözlənilir.
Qəzetin yazdığına görə, Türkiyə qondarma "soyqırımın" tanınmasına qarşı aparacaq işlərə dünya şöhrətli incəsənət, ədəbiyyat nümayəndələrini, rejissorları cəlb etmək niyyətindədir.
"Sentyabrın 15-i təsadüfən seçilməyib. Nuru Paşanın rəhbərlik etdiyi Türkiyə qoşunları Bakıya məhz 15 sentyabr 1918-ci ildə daxil olub", deyə "Hürriyyət" yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB