Xarici işlər naziri viza rejimini sadələşdirilməsi məsələsini müzakirə edib

Xarici işlər naziri viza rejimini sadələşdirilməsi məsələsini müzakirə edib

Çexiyada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vışeqrad Qrupu, Danimarka, Baltikyanı ölkələri və Şərq Tərəfdaşlığının (ŞT) nümayəndə heyətlərinin başçıları, həmçinin Avropa Birliyinin (AB) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və Avropa komissarı Ştefan Füle ilə birgə işçi nahar edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nahar zamanı Aİ və ŞT ölkələrinin standartlarının yaxınlaşdırılması vacibliyini qeyd edilib. AB ilə Azərbaycan arasında viza prosedurlarının sadələşdirilməsi, gender bərabərliyi məsələsinin Şərq Tərəfdaşlığının tərkib hissəsinə çevrilməsinin əhəmiyyətini vurğulanıb.

Nazir E.Məmmədyarov, həmçinin GUAM-ın sədri qismində həmin təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının keçirilmiş iclası barədə də məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə