Prezident İlham Əliyev Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev fevralın 20-də Andrey Kovatçevin başçılıq etdiyi Avropa Parlamentinin Xarici Əlaqələr komitəsində müxtəlif siyasi partiyaları təmsil edən deputatlardan ibarət nümayəndə heyətini qəbul edib.
SİA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Avropa Parlamenti və Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji, təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB