AŞPA Ermənistan nümayəndə heyətinin müraciətini rədd etdi

AŞPA Ermənistan nümayəndə heyətinin müraciətini rədd etdi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 23-də Strasburqda keçirilən iclasında Ermənistanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri David Arutunyan Assambleyanın yeni seçilmiş sədri Jan-Klod Minyona müraciət edib. SİA-nın məlumatına görə, o, yeni sədrdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə AŞPA-nın alt komitəsinin fəaliyyətinin dayandırılmasını xahiş edib. Yanvarın 24-də AŞPA-nın Bürosu erməni nümayəndə heyətinin müraciətini nəzərə almayıb və Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyətinin davam etdirilməsini məqsədəuyğun hesab edib.

Bütün xəbərlər Facebook səhifəmizdə