Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. SİA-nın məlumatına görə, Eduard Şevardnadze dövlətimizin başçısını anadan olmasının 50 illiyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Dövlətimizin başçısı təbrikə və diqqətə görə Eduard Şevardnadzeyə minnətdarlığını bildirib.Telefon söhbəti zamanı Eduard Şevardnadzenin ulu öndərlə dostluq münasibətləri məmnunluqla xatırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB