Ziyafət Əsgərov: \"Bizə yaxın olan ölkənin Azərbaycanın başı üzərindən belə hərəkətlər etməsi bizi razı sala bilməz\" - MÖVQE

Ziyafət Əsgərov: \"Bizə yaxın olan ölkənin Azərbaycanın başı üzərindən belə hərəkətlər etməsi bizi razı sala bilməz\" - MÖVQE

"Mən bilmirəm, Moldovanın müdafiə naziri nə deyib. Təkcə onu bilirəm ki, Moldovanın Ermənistana silah satması ilə bağlı Silahlı Qüvvələrin Baş Qərargah rəisi işdən azad olunub. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov Moldovanın Ermənistana silah satışı və bu ölkənin müdafiə nazirinin məsələ ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu onu göstərir ki, Moldova məsələyə ciddi yanaşır. Həmçinin Ziyafət Əsgərov bildirib ki, Moldovanın Azərbaycandakı səfiri və ölkə parlamentinin sədri də bəyanat verib. "Azərbaycan Moldova ilə tərəfdaş dövlətdir, GUAM-da birgə fəaliyyət göstərir. Əlbəttə ki, bizə yaxın olan ölkənin Azərbaycanın başı üzərindən belə hərəkətlər etməsi bizi razı sala bilməz. Bununla əlaqədar onlar izahat veriblər", - deyə o əlavə edib.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə