Millət vəkili: “Hər bir türk xalqı üçüncü əcnəbi dildə deyil, ortaq türk dilində danışsın”

Millət vəkili: “Hər bir türk xalqı üçüncü əcnəbi dildə deyil, ortaq türk dilində danışsın”

"Türkiyə türkçəsi artıq ortaqlıq funksiyasını yerinə yetirir. 100 milyondan artıq insan Türkiyə türkçəsini istifadə edir". SİA-nın xəbərinə görə, bunu millət vəkili Nizami Cəfərov deyib. O bildirib ki, ortaq dilin mövcud olması hər hansı bir türkdilli xalqın dilinin zənginliyinin itirilməsi deyil. Onun sözlərinə görə, söhbət ortaq ünsiyyət vasitəsindən gedir ki, hər bir türk xalqı üçüncü əcnəbi dildə deyil, ortaq türk dilində danışa bilsin.

Həmçinin o qeyd edib ki, uzun illər türk xalqlarının qurultaylarında ortaq türk dili məsələsi qaldırılıb.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə