Bu gün Demokratik Cəmiyyətin İnkişafına Yardım Cəmiyyəti mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, cəmiyyətin sədri İntiqam Cəbrayılov bu zamana qədər gördükləri işlər barəsində məlumat verib. İ.Cəbrayılov bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi Ümummilli lider Heydər Əliyevin siyasi irsinin və ideologiyasının araşdırılması, Azərbaycan tarixinin öyrənilməsi, hüquqları tapdalanmış insanların hüquqlarının qorunması və s. kimi vəzifələrdir. "Bu gün Azərbaycan Respublikası demokratik hüquqi dövlətdir və vətəndaş kimi bizim vəzifəmiz cəmiyyətimizin inkişafında dövlətimizə yardımçı olmaqdan ibarətdir. Cəmiyyətimiz daim bu yöndə təbliğat işləri aparıb və aparacaqdır". Daha sonra sədr onu da qeyd edib ki, bu gün cəmiyyətmizin problemlərindən biri "Vətən Tarixi"nin yaxşı mənimsənilməməsidir. "Bu öz-özlüyüyndə çox ciddi bir problemdir. Öz tarixini yaxşı bilməyən gənc xarici müdaxilə nəticəsində öz yolundan çıxa bilərlər. Bunun üçün isə istər nəşriyyat cəhətdən, istərsə də təbliğat cəhətdən işləri gücləndirmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB