“Şərq tərəfdaşlığı” ölkələri Belarus əleyhinə bəyannaməni imzalamayıblar - FOTO
Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitində Belarusda insan hüquqları ilə bağlı vəziyyəti pisləyən bəyannaməni yalnız Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları imzalayıblar. SİA-nın aldığı məlumata görə, proqramda iştirak edən Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna keçmiş SSRİ respublikasını açıq şəkildə pisləməkdən imtina ediblər. Bunu Polşa hökumətinin mətbuat katibi Konrad Nikleviç sammitin yekunları ilə bağlı açıqlamasında bildirib.
Belarus prezidenti Aleksandr Lukaşenko isə "Şərq tərəfdaşlığı" ölkələrinin rəhbərlərinə verdikləri dəstəyə görə minnətdarlığını bildirib. "Belta" agentliyinin verdiyi məlumata görə, o, xüsusilə Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşviliyə fəallıqlarına görə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB