Hüseynqulu Bagırov: “Araz çayının suyundan istifadə etmək üçün İran Azərbaycana rəsmi müraciət etməlidir” - AÇIQLAMA
İran Araz çayının suyundan Urmiya gölünün qurumasının qarşısını almaq üçün istifadə etmək niyyətindədirsə, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır. SİA-nın verdiyi məlumata görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bagırov deyib: "İran tərəfi Azərbaycana bu məsələ ilə bağlı hələ ki, rəsmi müraciət etməyib. Bu məlumatları Azərbaycan tərəfi yalnız mətbuatdan alır. Əgər belə bir niyyət varsa, İran bunu Azərbaycanla razılaşdırmalıdır\".
H.Bağırov İran ilə Azərbaycan arasında Araz çayının suyunun istifadəsi ilə bağlı razılaşma olduğunu və həmin razılaşmada bir çox məsələlərin öz əksini tapdığını da deyib: "Kənd təssərrüfatı və digər məqsədlər üçün hər iki ölkənin nə qədər su götürə biləcəyi razılaşdırılıb. Ekoloji tarazlığın qorunması üçün çayda müəyyən miqdarda su saxlanmalıdır".
MİRVARİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB