Musa Qasımlı: “Rusiya prezidenti Dmitri Medvedyev Qarabağla bağlı danışıqlar prosesini yenidən nizama salmaq istəyir” - AÇIQLAMA
"Çox aydın hiss olunur ki, Kazan görüşünün iflasından sonra Rusiya prezidenti Dmitri Medvedyev Qarabağla bağlı danışıqlar prosesini yenidən nizama salmaq istəyir". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı bildirib.
Millət vəkili qeyd edib ki, indiki şəraitdə Kreml Bakını özündən narazı salmaq istəmir və Rusiya prezidentinin şəxsi dəvəti ilə Soçidə baş tutan görüş də buna xidmət edir.
"Məsələ burasındadır ki, bu gün Qarabağ münaqişəsinin tənzimlənməsi ilə yanaşı bir sıra məsələlər var ki, onlar da müzakirə olunmalıdır. Bunlar Qəbələ RLS və digər regional məsələlərdir. Təbii ki, Soçidə bunlar kompleks şəkildə müzakirə olunub", - deyə M.Qasımlı vurğulayıb.
Bununla belə, millət vəkili Dağlıq Qarabağ probleminin həllində Rusiyanın hər hansı ciddi nəticə verəcək addım atacağını düşünmədiyini bildirib. "Çünki Rusiyanın Cənubi Qafqazla bağlı hamıya məlum olan ümumi strategiyası buna imkan vermir. Bu görüşlə, sadəcə olaraq Rusiya dövlət başçısı Kazan uğursuzluğundan sonra vəziyyəti kompensasiya etmək istəyir, ona görə də bu kimi cəhdləri edir", - deyə M.Qasımlı qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB