Viktor Yanukoviç: \"Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli Ukraynanın maraqlarına uyğundur\"
\"Ukrayna Dağlıq Qarabağda münaqişənin dinc yolla tənzimlənməsində maraqlıdır\". SİA-nın məlumatına görə, bu sözləri Ukraynanın prezidenti Viktor Yanukoviç Kiyevdə Ermənistan prezidenti Serj Sarkisyanla birgə mətbuat konfransındadilə gətirib.
O bildirib ki, münaqişənin həlli üçün Ukrayna da öz növbəsində səy göstərəcək: "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi bizim maraqlarımıza, Ukrayna xalqının maraqlarına uyğundur. 2013-cü ildə Ukrayna Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında sədrlik edəcək. Bu müddət ərzində Ukrayna danışıqlar prosesində irəliləyişə nail olmaq üçün maksimum səy göstərəcək\".
Qeyd edək ki, məlumatda 2010-cu ilin yayında Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsinin zəruri olması barədə öz mövqeyini təsdiqlədiyi də diqqətə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB