Mais Səfərli: "Azərbaycandakı ictimai-siyasi sabitliyin pozulmasına dair hər bir xəbəri ermənilər səbirsizliklə gözləyirlər" - MÖVQE
İctimai Palatanın iyunun 19-da mitinq keçirmək istəyini ölkədə qarışıqlıq salmaq cəhdi kimi qiymətləndirirəm. Bunu SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli söyləyib. Qeyd edib ki, bu məsələdə xaricdəki anti-Azərbaycan mövqeli qüvvələr ilə şübhəli əməkdaşlıq xüsusi rol oynayır. M.Səfərli bir sıra xarici dövlətlərdə olan erməni lobbisinin ölkəmizin əleyhinə iş apardığını da vurğulayıb. "Azərbaycandakı ictimai-siyasi sabitliyin pozulmasına dair hər bir xəbəri ermənilər səbirsizliklə gözləyirlər. Belə bir şəraitdə Azərbaycanda qarşıdurmaların olması kimi fon yaratmağa çalışmaq xarici qüvvələrə birbaşa xidmət etmək deməkdir. Bu baxımdan İctimai Palatanın bu cür addımı da, xarici qüvvələrə birbaşa xidmət etmək deməkdir. Elə buna görə, dəyərli ziyalılar, prosesləri düzgün qiymətləndirən siyasətçilər radikal müxalifəti tərk edirlər. Sizcə, bu bolşevik təfəkkürü deyilmi? Bu "demokratlar" sivil qaydada fərqli bir fikir söyləyənlərə düşmən gözü ilə baxırlar. Son zamanlar radikal müxalifət liderləri əlləri hər şeylən üzülərək, bəzi gənclərdən istifadə etməklə onları aldadırlar", - deyən M.Səfərli gənclərin soyuq başla, məntiqlə hər şeyi düzgün qiymətləndirməsinin ən doğru seçim olduğunu da qeyd edib.
Tapdıq Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB