TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır

TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır

TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüs irəli sürülüb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə onların əməkhaqlarının artırılmasını təklif edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.

SİA xəbər verir, məsələ ilə bağlı bu gün mətbuat konfransı keçirilib. Tədbirdə TƏBİB-in İcraçı direktoru Anar Bayramov tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təqdimatla çıxış edib və qarşıdakı dəyişikliklər barədə ətraflı məlumat verib.

Mətbuat konfransında təqdim olunan məlumata əsasən, əməkhaqlarının artırılması tibb işçilərinin sosial rifahının yaxşılaşdırılmasına və onların əməyinin daha yüksək qiymətləndirilməsinə yönəlib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə