Şimali Koreya lideri Kim Jong-un, qızı Kim Ju-ae ilə birlikdə “strateji” qanadlı raketin sınaq buraxılışına nəzarət edib.
SİA xarici KİV -ə istinadən xəbər verir ki, Pxenyan rəhbərliyi bildirib ki, bu sınaq yalnız texniki yoxlama deyil, həm də nüvə çəkindirmə gücünü nümayiş etdirən bir mesaj xarakteri daşıyır.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı məlumata görə, Kim Jong-un qızı Kim Ju-ae ilə birlikdə strateji qanadlı raketlərin sınaq buraxılışını yerində izləyib.
Bildirilir ki, sınaq “ChoeHyon” adlı esminesdə həyata keçirilib və bir neçə raket ard-arda buraxılıb.
Rəsmi məlumatlara görə, sınaq zamanı buraxılan qanadlı raketlər əvvəlcədən müəyyən edilmiş marşrut üzrə hərəkət edib. Raketlərin 10 116 ilə 10 138 saniyə arasında, yəni təxminən 2 saat 48 dəqiqə havada qaldığı və daha sonra hədəflərini dəqiq vurduğu bildirilib.
Pxenyan rəhbərliyi vurğulayıb ki, bu sınaq yalnız texniki qiymətləndirmə deyil, eyni zamanda ölkənin nüvə qətiyyətini nümayiş etdirən bir mesajdır.
Raket sınağının vaxtı da diqqət çəkib. Sınağın Amerika Birləşmiş Ştatları və Cənubi Koreya tərəfindən 9 martda başladılan “Özgürlük Qalxanı” adlı birgə hərbi təlimlə eyni dövrdə keçirilməsi regionda gərginliyi artıran hadisə kimi qiymətləndirilib.
Sınaq zamanı Kim Jong-unun yanında olan qızı Kim Ju-ae-nin görüntüləri də dövlət mediasında yayımlanıb. Ju-ae ilk dəfə 2022-ci ildə ictimaiyyət qarşısına çıxıb və o vaxtdan bəri hərbi paradlar və raket sınaqları da daxil olmaqla bir çox mühüm tədbirlərdə atasını müşayiət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB