Bu gün ölkəmizdə Gənclər Gününün qeyd olunması təsadüfi deyil.Hər kəsə məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclər üçün ilk dəfə geniş və açıq müzakirə mühiti yaradıldı. Həmin gündən etibarən gənclər dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bu, dövlətimizin gənclərə olan inamının və etimadının açıq göstəricisidir.
Xüsusilə vurğulamaq istərdim ki, bu gün Cənab Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) "Gənclər ili" elan edilməsində də göstərdi. 2007-ci ildə prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzaladı.Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu.
Bu illər ərzində Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti nəticəsində gənclərimizin inkişafı üçün geniş imkanlar yaradılıb. Onların təhsildə, ictimai həyatda, elmdə və digər sahələrdə fəal iştirakı dəstəklənib. Bu da gənclərimizin daha təşkilatlanmış, daha fəal və daha məsuliyyətli olmasına şərait yaradıb. Bu diqqət və qayğının nəticəsidir ki gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutmaqla yanaşı, dövlət gənclər siyasətində də mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan gəncliyi həm milli dəyərlərə sadiqdir, həm də müasir dünyanın çağırışlarına cavab verə bilir. Gənclərimiz ölkəmizin iqtisadi inkişafında, hərbi gücünün artmasında, siyasi nüfuzunun yüksəlməsində fəal iştirak edir, milli-mənəvi dəyərlərimizin qorunmasına və mədəni irsimizin yaşadılmasına öz töhfələrini verirlər. Gənclərimizdə güclü vətənpərvərlik ruhu formalaşdırıb. Bizim gənclərimiz siyasi platformalarda,beynəlxalq idman yarışlarında və ən əsası hərb meydanında öz gücünü vətənə bağlılığını göstərmişdir. Bunu nümunə olaraq 44 günlük Vətən müharibəsində gördük. Azərbaycan gəncliyi böyük fədakarlıq və qəhrəmanlıq göstərərək Zəfər tariximizi yazdı və bütün dünyaya xalqımızın necə əzimkar olduğunu və gücünü nümayiş etdirdi.
Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Cənab Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasəti alqışlayr, bu siyasətin icrasında daim onun yanındadır. Azərbaycan gəncliyi bundan sonra da öz prezidentinin yanında olacaq, ölkəmizin inkişafı naminə var gücü ilə çalışacaq, yeni uğurları ilə dövlətimizi və xalqımızı sevindirəcəkdir.
Əmir Babayev
YAP Şərur rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB