Sabunçuda Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümə həsr olunmuş tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsindəYeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümə həsr olunmuştədbir keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev vurğulayıb ki, dövrün tələblərinə uyğun olaraq zaman-zaman ümumxalq səsverməsi yolu ilə mütərəqqi müddəalarla daha da təkmilləşən, ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənən Konstitusiyamızdövlətimizin inkişafına mühüm töhfələr verir. Konstitusiya ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb.

YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Konstitusiya Ali qanun kimi dövlətin hüquq sisteminin əsasını təşkil edir, cəmiyyətdə siyasi sabitliyin təminatı qismində çıxış edir. Şübhəsiz, cəmiyyətin gələcək inkişafı həm də hüquq sahəsində köklü islahatların həyata keçirilməsini, milli qanunvericilik bazasının formalaşdırılmasını şərtləndirirdi. Bu səbəbdən, müstəqilliyin ilk illərində Azərbaycanda da qarşıda duran ən vacib məsələlərdən biri yeni Konstitusiyanın hazırlanması idi. Azərbaycanın Konstitusiyasının yaradılması, dövlətçilik ənənələrinin formalaşdırılması və ölkənin müstəqilliyinin möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Həmin Sərəncam və “Tədbirlər Planı” dövlətin hüquqi və siyasi sisteminin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin əsasını qoymuşdur.

Çıxış edən ərazi partiya təşkilatının sədrləri – Mehriban Hacıyeva, Qənirə Əmircanovaçıxışlarında qeyd ediblər ki, Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçilik ideyasının və suveren iradənin bərqərar olmasının təzaharüdür. Konstitusiya xalqın azadlıq ruhunu, dövlətin müstəqilliyini və vətəndaşın hüquqlarını qoruyan müqəddəs sənəddir.

Bütün xəbərlər Facebook səhifəmizdə