XİN başçısı Bavariyanın naziri ilə müzakirə aparıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Bavariyanın Avropa və beynəlxalq məsələlər üzrə dövlət naziri Erik Beysvenqer ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində tərəflər arasında iqtisadi və ticarət sahələrində əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilməklə regional əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə