Ermənistan tərəfi Azərbaycanla yekun sülh sazişini imzalamaq niyyətində qətiyyən görünmür. Bir neçə ay bundan əvvəl hansısa perspektivlər haqqında fikirlər var idisə, indi artıq sülh prosesi dalana dirənmiş kimi görünür. İşğalçı ölkənin hakimiyyəti bir növ sülh prosesinin perspektivini deyil, Cənubi Qafqazda yeni savaşın başlaması təhlükəsini ön plana çəkir. Mətbuat konfransında erməni baş nazir Nikol Paşinyanın səsləndirdiyi fikirlər də təsdiq edir ki, Ermənistan tərəfi yenə də manipulyasiya etmək niyyətindədir və bunun üçün də həmişə olduğu kimi ağ yalana əl atır, hansı ki, bu yalan bütövlükdə Ermənistanı uçuruma doğru aparır.
İşğalçı ölkənin manipulyasiya ənənəsinin növbəti təzahürü
İşğalçı ölkənin davamlı şəkildə silah əldə etməsi fonunda Paşinyanın Azərbaycanı guya İtaliyadan silah-sursat almaqda ittiham etməsi absurddur. Davamlı şəkildə Fransadan, ABŞ-dan, Hindistandan və bir çox digər ölkələrdən silah alan Ermənistan hakimiyyəti hansı üzlə belə bir ittihamla çıxış edir? Sual oluna bilər ki, axı silah almaq Ermənistanın nəyinə lazımdır və əgər bu ölkənin özü silah əldə etməkdə davam edirsə, başqalarını silah tədarükündə ittiham etməsi nəyə bənzəyir? Yəni, həqiqətən də bu barədə düşünə bilən, dərk edə bilən bircə dənə də erməni yoxdurmu Ermənistanın hakimiyyət komandasında ki, belə bir iddiada olmağın həyasızlıq olduğunu Paşinyana başa salsın? Üstəlik, axı Azərbaycan İtaliyadan nəqliyyat xarakterli təyyarə alıbsa, bunu silah kimi qələmə vermək, göstərmək də bir ölkə rəhbərinin tərzi olmamalıdır.
Silah-sursat məsələləri ilə bağlı Ermənistan tərəfi hər zaman özlərini yox, başqalarını, ələlxüsus da Azərbaycanı ittiham etmək üçün əldən-ayaqdan gedir. İşğalçı ölkə hakimiyyəti, başda məhz elə baş nazir Nikol Paşinyan özü olmaqla, rəsmi Bakını silahlanmada günahkar kimi göstərmək üçün bütün yalanlara əl atır. Bir ölkə rəhbərinin, Ermənistanın baş nazirinin mətbuat konfransında səsləndirdiyi fikirlər, regional həqiqətlərin təhrif edilməsi fonunda ağ yalan kimi diqqəti cəlb edir və işğalçı ölkənin manipulyasiya ənənəsinin növbəti təzahürü olaraq qəbul edilir.
Həqiqətlərin təhrif edilməsi Ermənistan üçün hər zaman adi hal hesab olunub
Dəfələrlə şahidi olmuşuq ki, bədnam qonşularımız yalanı, uydurmanı çəkinmədən soyləməyi özlərinə rəva biliblər. Bütün dünyanın gözünün içinə baxa-baxa reallığa uyğun olmayan informasiyaları da yayımlamaqdan utanmayan haylar üçün həqiqətlərin zərrə qədər anlamı olmayıb. Uzun illər, hətta əsrlər boyu saxta məlumatları dövriyyəyə buraxan ermənilər üçün reallıqlar qətiyyən maraqlı hesab edilməyib. Çünki həmin reallıqlar onlara qətiyyən sərf etməyib. Haylar da öz sərfələri naminə, yəni, öz ambisiyalı maraqları naminə ancaq yalana əl atıblar. Ağ yalanla ərazi əldə etmək, həqiqətdən uzaq informasiyalara, yalana əl atmaqla dövlətçiliyə sahib olmaq haylar üçün yeganə çıxış yolu hesab edilib. Görünür, indi də öz dövlətlərini məhz yalanı alət olaraq istifadə etməkə qoruya biləcəklərini döğru hesab edirlər, amma bərk yanılırlar. Çünki atalar sözündə, zərb məsəldə də deyildiyi kimi, yalan ayaq tutar, amma yeriməz. Məhz qeyd olunan zərb məsələ uyğun olaraq, Nikol Paşinyanın da yalanları öz sələflərininki kimi nə ayaq tutan deyil, nə də yeriyən. Çünki əvvəla onların yalan olduğunu hamı bilir, digər tərəfdən də bu yalan tam zamanında ifşa edildiyi üçün heç bir anlam daşımır. Əslində, Paşinyan çoxdan başa düşməli idi ki, yalan üzərində qurulan dövlət də elə yalançı, abstrakt dövlət olmalıdır. Çoxdan başa düşməli idi ki, reallıqları etiraf etməməklə, danmaqla özünü də, ölkəsini də çətin duruma sürükləyir. Ən azından son dövrdə də olsa anlamalı idi ki, yalana əl atmaqla sülh sazişindən uzaqlaşmaq ölkəsi üçün, xalqı üçün, lap elə özü üçün yaxşı heç nə vəd etmir. Nikol Paşinyan və onun hakimiyyət komandası, eləcə də erməni cəmiyyəti belə yalanlarla marginallaşmış vəziyyətdə qalmada davam edir və yenə də çox şeylərdən məhrum olur. Bəli, məhrum olur. İlk növbədə sülh şəraitində, təhlükəsiz şəraitdə yaşayışdan məhrum olur, stabillik heç yuxusuna da girmir, iqtisadi əlaqələrdən, beynəlxalq layihələrdən uzaqda, kənarda qalır və yenə də tənəzzülə doğru irəliləyir. Bu baxımdan məhz Paşinyanın özünün timsalında hayların söylədikləri ağ yalan onları uçuruma doğru aparır. Amma bununla belə, ən böyük təəccüb doğuran odur ki, hayları hər zaman uçuruma doğru aparan yalan və həqiqətlərin təhrif edilməsi Ermənistan üçün hər zaman adi hal hesab olunub və yenə də belə hesab olunmaqdadır.
Ənənəyə çevrilən saxtakarlıq
Saxta mənbələrə hər zaman istinad edən haylar bununla da tarix boyu, movcudluqlarının bütün dövrlərində saxtakarlıq ediblər. Belə çıxır ki, həmin saxtakarlıq onlar üçün ənənəyə çevrilib. İndi bu ənənəni, yəni, saxtakarlıq ənənəsini davam etdirmək görünür, Nikol Paşinyanın üzərinə düşüb, yaxud da belə bir yük indi də onun çiyinlərinə qoyulub. Əks halda, o öz mətbuat konfransında həqiqətə uyğun olmayan, yalan informasiyalar verməkdən çəkinərdi. Öz sələflərinin ənənəsini davam etdirmək əvəzinə, həqiqətləri etiraf edər, reallıqlardan danışardı. Amma biz bunun şahidi olmadıq, əksini müşahidə etdik. Onun şahidi olduq ki, erməni baş nazir Paşinyan da öz sələflərinin ənənəsini davam etdirməkdə, haylara məxsus yalanların, özü də ağ yalanların ayaq tutub yeriməsi üçün canfəşanlıq etməkdədir.
Özünün mətbuat konfransında səsləndirdiyi fikirlərdən birində Nikol Paşinyan həqiqəti təhrif etməklə, yalana əl uzatmaqla, saxtakarlıq etməklə, qeyd edir ki, Azərbaycan ÜDM-nin 17 faizini hərbi məqsədlərə xərcləyir. Halbuki, bu rəqəm, yəni, hərbi xərclər 4 faiz ətrafındadır və bunu erməni baş nazir özü də yaxşı bilir. Onu da yaxşı bilir ki, Ermənistanın hərbi xərcləri bundan da xeyli artıqdır. Bəs o zaman niyə yalan danışır? Niyə yalana əl atır? Nəyə görə saxtakarlıq edir? Maraqlıdır, yəqin ənənəni, saxtakarlıq ənənəsini davam etdirmək üçün. Axı bu ölkədə, bu toplumda saxtakarlıq çoxdan ənənəyə çevrilib və mövcudluqlarının əsas fəlsəfəsi də saxtakarlıqdan ibarət hesab olunur. Dünyanın gözünə kül üfürməkdən başqa bir işin, sənətin, nailiyyətin sahibi olmayan haylardan bir soruşan da yoxdur ki, görünməyən büdcə vəsaitlərinə, həmin vəsaitlərin hansı məqsədlərə sərf edildiyinə necə cavab vermək fikrindədirlər? Gör saxtakarlıq ənənəsi Nikol Paşinyanın gözünü necə tutubsa, görünməyən büdcə vəsaitləri və onların hansı məqsədlərə sərf edildiyi müzakirə mövzusu olmalı halda, başqalarının, ələlxüsus da Azərbaycanın büdcəsini, hərbi xərclərini müzakirə etməyə cəsarət edir.
Absurd müqayisələr və fərqli məqamlar
Sonuncu mətbuat konfransında Nikol Paşinyan öz ölkəsini Azərbaycanla müqayisə etdikdə də böyük səhvə yol verib. Çünki heç bir mənada Ermənistanı məhz Azərbaycanla müqaisə etmək olmaz, xüsusən də silahlanma, hərbi məsələlər baxımından bunu etmək absurddur. Nikol özünün mətbuat konfransında, “Azərbaycan silahlandığı halda Ermənistan bunu niyə etməməlidir”, sualını səsləndirməklə, daha bir kobud səhvə yol verir. Ona görə kobud səhv edir ki, birinci növbədə, işğalçı ölkə ilə işğala məruz qalan ölkə arasında fərq qoymadan danışır. Halbuki, işğalçı Ermənistanın silah əldə etməsi ilə işğala məruz qalan və sonda da regionda sülhün təminatçısı olaraq çıxış edən ölkə bir-birindən tamamilə fərqlənirlər və bu ölkələr arasında fərq qoyulmalıdır. Paşinyan isə heç bir fərq qoymadan belə bir sualla diqqəti çəlb etməyə çalışır və hansısa mənada buna nail olur da. Məsələn, bütün dünya ictimaiyyətinin diqqətindən qaçmır ki, işğalçılığı dövlət siyasəti hesab edən dövlətin başçısı, lideri öz ölkəsinin silahlanmasını sülh danışıqları təklifləri ilə çıxış edən, sülh potensialını müzakirə etməkdə olan ölkə ilə həyasızcasına müqayisə edir.
Silah əldə edən Ermənistanın həmin silahdan işğalçılıq və təcavüz məqsədi ilə istifadə etməyəcəyinə kimsə təminat verə bilməz. Bu gün Ermənistanın arxasında duran, həmin ölkəni silahlandıran Fransa, ABŞ kimi dəvlətlər də belə bir təminat vermək niyyətində deyillər. Çünki əvvəla, həmin dövlətlər də yaxşı bilirlər ki, haylar hələ də başqalarına məxsus olanı ələ keçrimək, özününkülədirmək üçün nə oldu edərlər və bunun naminə silahlardan istifadə etmələri də gözləniləndir. Digər tərəfdən də axı onlar özləri hayların acgözlüyündən, mənimsəmək və özününküləşdirmək arzularından, zəbt etmək niyyətlərindən istifadə edərək, regionda qarışıqlıq yaratmaq, bulanıq suda da balıq tutmaq niyyətindədirlər deyə vəziyyətin necə olduğundan da xəbərdardırlar. Bir sözlə, hamı çox yaxşı bilir ki, Nikol Paşinyanın müqayisəsi absurd müqayisədir. İki ölkənin silahlanması bir-birindən köklü şəkildə fərqlənir və tamamilə fərqli məqamlar mövcuddur. Hətta Ermənistanı silahlandıran ölkələr unutmamalıdırlar, bilməlidirlər və nəzərə almalıdırlar ki, sülh təklifi ilə çıxış edən, sülh naminə danışıqlarda maraqlı olan, regionun təhlükəsizliyinin təminatçısı kimi çıxış edən Azərbaycanın deyil, işğalçı bir ölkənin silahlandırılmasına görə məsuliyyət daşıyırlar.
Manipulyativ metodlardan istifadə edilir
Azərbaycan Konstitisiyası ilə bağlı erməni baş nazirin öz mətbuat konfransında səsləndirdiyi iddiaların da ağ yalan olduğu öz təsdiqini tapır. Çünki Azərbaycanın hansısa bir ölkəyə qarşı ərazi iddiasının olmaması hər kəsə bəllidir. Bunu rəsmi Bakı dəfələrlə bəyan edib. Ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev də öz növbəsində qeyd edib ki, bizim heç bir ərazi iddiamız yoxdur. Amma görünür, ermənilər, ələlxüsus da Ermənistan hakimiyyəti öz bildiyindədir və hələ də ərazi iddiası bəhanəsindən istifadə etmək niyyətindədir. Məsələ burasındadır ki, heç bir ərazi iddiası olmaması barədə Azərbaycan tərəfinin bəyanatlarından sonra erməni baş nazir Nikol Paşinyanın dediklərinin bir zərrə qədər də mənası qalmır. Əslində, Paşinyanın dediklərinin heç bir hüquqi əsasının olmaması da bəlli olur. Amma buna baxmayaraq, yenə də Ermənistan tərəfi, həmin ölkənin mövcud hakimiyyəti manipulyativ metodlardan istifadə edir.
Məlumdir ki, miatsum deyilən xəstə təfəkkür, anormal iddialar hələ də erməni cəmiyyətinin başını dumanlandırır. Bu təfəkkür erməni xalqını hələ də fəlakətlərə sürükləyir. İşğalçı ölkə üçün ən acınacaqlı hal isə odur ki, təkcə şovinist ermənilər deyil, hətta Ermənistanın Konstitusiyası belə miatsumu erməni xalqı qarşısında hədəf kimi müəyyən edir. Məsələ burasındadır ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyi barədə Azərbaycan tərəfi bildirəndə məhz həmin o xəstə təfəkkür, xəstə təxəyyül olan miatsum deyilənə son qoymaq barədə çıxış edir. Rəsmi Bakı bəyan edir ki, erməni xalqı referendum vasitəsilə miatsum məsələsinə də son qoymalıdır, Qarabağ məsələsinin də birdəfəlik bitdiyini qəbul etməlidir. Əslində, həqiqətən də regionda sülhün, təhlükəsizliyin, stabilliyin davamlı, hətta birdəfəlik olması, normal qonşuluq şəraitində yaşanılmas üçün bunun vacibliyini hamı bilir də, qəbul da edir. Bəs Ermənistan tərəfi nə edir? Şəxsən erməni baş nazir Nikol Paşinyanın sonuncu mətbuat konfransında səsləndirdiyi fikirlərdən də görünür ki, Ermənistan tərəfi buna tamamilə başqa kontekstdən baxır, başqa prizmadan yanaşır və sözün əsl mənasında, manipulyasiya edir. Bir zamanlar küçə nümayişlərində etdikləri manipulyasiyalardan yararlanaraq hakimiyyət kürsüsünü ələ keçirən əli sarıqlı, beli çantalı küçə nümayişçisinin deyəsən dişində şirə qalıb deyə, yenə də manipulyasiya etmək niyyətindədir. İşğalçı ölkənin baş nazirinin səsləndirdiyi fikirlərdən də görünən odur ki, rəsmi İrəvan yenə də öz ənənəsinə uyğun olaraq, manipulyativ metodlardan istifadə edir. Yenə də ağ yalana əl atılır. Amma başda elə erməni baş nazirin özü olmaqla, haylar hələ başa düşə bilmirlər ki, bu ağ yalanlar onları uçuruma doğru aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB