"Dünya ictimaiyyəti tərəfindən yenidən Azərbaycana etimad göstərilib" - TAHİR RZAYEV

"Dünya ictimaiyyəti tərəfindən yenidən Azərbaycana etimad göstərilib" - TAHİR RZAYEV

"Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinə əsasən deputatlarin səlahiyyət müddəti 5 ildir". SİA xəbər verir ki, bu sözləri deputat Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu qərara əsasən növbəti növbədənkənar Parlament seçkiləri noyabr ayında keçirilməlidir: "Noyabr ayında COP29 kimi mötəbər beynəlxalq tədbir keçirilir. Dünya ictimaiyyəti tərəfindən yenidən Azərbaycana etimad göstərilib. Bu tədbirlərin ən yüksək səviyyədə keçirilməsi Azərbaycan üçün nüfuz səviyyəsinə çatıb. Bu baxımdan deputatlar parlament seçkilərinin, həm də tədbirlərin yüksək səviyyədə keçirilməsini nəzərə alaraq növbədənkənar seçkilərin keçirilməsini vacib hesab etmişlər.

COP29 zamanı ölkəmizin yeni vəziyyətdə təmsil olunması, ölkəmiz üçün vacibdir. Hazırlıq işlərinin görülməsi üçün müəyyən məhdudiyyətlər qaçınılmazdır. Bu baxımdan vətəndaşların sərbəst, azad şəkildə seçkilərdə sərbəst iştirakı üçün şərait yaradılıb. Şərh edilənlərə əsasən Milli Məclis qərara alır ki, Azərbaycan Respublikası Milli Məclisin buraxılması üçün Prezident İlham Əliyevə müraciət edilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə