"Arbitraj haqqında" qanunun əhəmiyyəti nədən ibarətdir? - VƏKİL AÇIQLADI

"Arbitraj haqqında" qanunun əhəmiyyəti nədən ibarətdir? - VƏKİL AÇIQLADI

"Məlumdur ki, Prezident İlham Əliyev tərəfindən "Arbitraj haqqında" qanun qəbul edildi. Əslində Azərbaycan özü Beynəlxalq Arbitraj Məhkəməsinin qərarlarını icra edirdi. Yəni, biz ayrı-ayrı dövlətlərdə arbitraj məhkəmələrinin qəbul etdiyi qərarların icrası ilə bağlı üzərimizə öhtəlik götürmüşdük. Amma Azərbaycanın daxilində arbitraj məhkəmələri fəaliyyət göstərmir. Bu da arbitraj haqqında qanununun olmaması ilə bağlı idi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov deyib.

Xəyal Bəşirov sözlərinə belə davam edib: "Artıq arbitraj haqqında qanun qəbul edildi. Əslində bu xarici elementli mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələlərdən biridir. Düşünürəm ki, məhz bununla bağlı beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının qanun layihəsini hazırlamasına zərurət yaranıb. Təbii ki, Azərbaycanda bu gün beynəlxalq xüsusi hüquq haqqında qanun mövcuddur. Amma qeyd etdiyimiz kimi beynəlxalq arbitraj haqqında qanunumuzun olmadığına görə, Azərbaycanın daxilində arbitraj məhkəmələrinin fəaliyyət göstərməməsi səbəbindən bu qanun yeni qəbul edildiyinə görə beynəlxaq xüsusi qanunda da ehtiva olunmalıdır. Məhz bu səbəbdən Azərbaycanda arbitraj haqqında qanunvericilik hakimiyyəti olan parlamentdə qəbul edilməsi və Prezidentə imzalanmaq üçün göndərilməsindən sonra bu qanunun qəbul edilməsi yenidən beynəlxalq xüsusi hüquq haqqında qanun lahiyəsinin hazırlanması zəruriyətini yaradır.

Düşünürəm ki, xarici elementli mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı arbitraj haqqında qanunun gələcəkdə Azərbaycanda arbitraj məhkəmələrinin yaradılması və bundan sonra beynəlxalq xarici elementli mülki hüquq münasibətlərində iştirak edəcək xarici fiziki hüquqi şəxslərlə münasibətlərin tənzimlənməsi orada ehtiva olunmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə