““Şuşa bəyannaməsi”nin icrası ilə bağlı mütəmadi səfərlər təşkil olunur” -MÜNASİBƏT

““Şuşa bəyannaməsi”nin icrası ilə bağlı mütəmadi səfərlər təşkil olunur” -MÜNASİBƏT

“Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər dostluq, qardaşlıq, hərbi müttəfiqlik münasibətləridir. Məhz “Şuşa bəyannaməsi”ndən irəli gələn vəzifələrin icrası ilə bağlı mütəmadi səfərlər təşkil olunur, təmaslar həyata keçirilir, məsləhətləşmələr icra olunur”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri növbəti qardaşlıq səfəridir: “Qarşıdakı dönəmdə digər yüksək vəzifəli şəxslərin də səfərləri gözlənilir. Yəni bu yeni reallıqlarda xüsusi əhəmiyyət kəsb edir. Çünki Türkiyə və Azərbaycanın yerləşdiyi coğrafi məkanlar aramızda bu cür sıx münasibətlər sisteminin yaranmasında etimadı gücləndidrir. Düşünürəm ki, siyasi, iqtisadi, nəqliyyat, enerji sahəsində qarşıda böyük planların icrası bizi gözləyir. Məhz buna görə də, bu cür təmaslar kritik əhəmiyyətlidir. Düşünürəm ki, istədiklərimiz, arzuladıqlarımız və təsəvvür etdiklərimiz reallaşacaq, gerçəkləşəcək. İlk növbədə xalqlarımızın rifahına da müsbət təsir göstərəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə