Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 7-də Quba Rayon Polis İdarəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı dekabrın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə