"Ölkədə güclü hüquq-məhkəmə sistemi yaradılmalıdır" - QÜDRƏT HƏSƏNQULİYEV

"Ölkədə güclü hüquq-məhkəmə sistemi yaradılmalıdır" - QÜDRƏT HƏSƏNQULİYEV

"Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkilinin (ombudsman) hesabatını dinləyəndə görürük ki, ölkədə vəzifəli şəxslərin hüquq pozuntuları ilə bağlı ciddi narahat edən çatışmazlıqlar var". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Burada ombudsman problemləri səsləndirir. Açıq danışmaq lazımdır ki, Milli Məclis problemlərin həll olunduğu yer deyil, daha çox problemlər səsləndirirlər. Qeyd edim ki, ombudsman müvafiq orqanlarla işləsə, daha yaxşı olar. Hüquq sahəsində görəcəyimiz işlər çoxdur, bunlar təkcə Səbinə Əliyevanın görəcəyi işlər deyil. Bunun üçün ölkədə güclü hüquq-məhkəmə sistemi yaradılmalıdır”, - deyə deputat vurğulayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə