“Avropa Parlamentinin qərəzli münasibəti yeni hadisə deyil" - DEPUTAT ŞƏRH ETDİ

“Avropa Parlamentinin qərəzli münasibəti yeni hadisə deyil" - DEPUTAT ŞƏRH ETDİ

“Avropa Parlamentinin bizə qarşı olan qərəzli münasibəti yeni hadisə deyil. Neçə illərdir ki, vaxtaşırı Avropa Parlamentində Azərbaycana qarşı haqsız, ədalətsiz çıxışlar və bu çıxışlardan sonra müəyyən bir qətnamənin qəbul olunmasının şahidi oluruq. AP-nin məqsədi Azərbaycanın beynəlxalq aləmdə, siyasi arenada günü-gündən artan nüfuzunu qəbul edə bilməməsidir. AP-də olan müəyyən qruplar ermənipərəst qüvvələrin təhriki ilə fəaliyyət göstərirlər. Bunların içərisində çox ciddi şəkildə korrupsiyaya, rüşvətə qurşananlar var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda da müəyyən yoxlamalardan sonra bütün bu qanunsuzluqlar ortaya çıxdı: “Bu insanların özlərinin mənəviyyatları çirkindir. Buna görə də bu cür çirkin əməllərlə də məşğul olurlar.

Təbii ki, AP kimi bir qurumda bu cür deputatların olmasını istəməzdik. Amma təəssüf ki, bu qrupların sayı yetərli qədərdir. Lakin nə olursa-olsun Azərbaycanın işi haqq işidir. Biz mübarizə apardıq və öz torpaqlarımızı geri qaytardıq. Heç kimin də torpaqlarında gözümüz yoxdur. Lakin bizim torpaqlarımıza göz qoyanın gözünü çıxarar, əl uzadanın isə əlini kəsərik. Avropa Parlamenti bunu düşünməlidir. Biz Ermənistanın ərazilərini işğal etməmişik. Onlar 30 il ərzində bizim torpaqlarımızı işğal edib, viran qoydular, taladılar. Hələ də ərazimizin bir hissəsində separatçılıq əməllərini davam etdirirlər. AP əgər ədalətli qurumdursa, o zaman bu məsələyə münasibət bildirsin.

Biz Avropa ilə münasibətləri yaxşılaşdırmaq üçün tədbirlər görürük. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühim rol oynayır. Ermənistan isə Avropaya becərdiyi narkotik vasitələri ötürür. Avropa Parlamenti bunları nəzərə alıb, düşünməli və qərarlarını ona uyğun şəkildə verməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə