"Teatr direktorları yaşlı aktyorları məcburi təqaüdə göndərirlər" - AQİL ABBAS

"Son zamanlar teatrlardan mənə müraciətlər olunur ki, yaşlı aktyorları məcburi təqaüdə göndərirlər". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.

Aqil Abbas sözlərinə belə davam edib: "Sənətkarın yaşı olmur. Rusiyada bir çox sənətkar var ki, 100 yaşında səhnəyə çıxır. Sanki teatr direktorları özlərinə ayrı bir respublika yaradıblar. Mədəniyyət Nazirliyi bu işə bir əncam çəksin. Tariyel Qasımovu və başqalarını istefaya göndərirlər. Onlar nə etsinlər? 260 manat təqaüdlə necə yaşasınlar? Onların yaşına uyğun rollar var. Sənətkara belə münasibət bəsləmək düzgün deyil. Teatrları veriblər direktorlara onlar da öz istədikləri kimi istifadə edirlər. Allah bu aktyorlara kömək olsun".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə