"Qalib Azərbaycan olaraq dirçəliş günümüzü qeyd edirik" - DEPUTAT DANIŞDI

"Qalib Azərbaycan olaraq dirçəliş günümüzü qeyd edirik" - DEPUTAT DANIŞDI

“17 noyabr xalqımızın Dirçəliş Günü olaraq Azərbaycan tarixinə yazılıb. Bundan illər əvvəl həmin gün Azərbaycan xalqının öz müqəddəratını həll etməsi yolunda meydanlara axışdığı və yetmiş ildən artıq boyunduruğ altında yaşadığı bir rejimə yox dediyi gündür. Azərbaycan xalqı müstəqil olmaq arzusunu heç bir zaman itirməmiş və 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti və cəmi il yarım sonraq süqut etmək məcburiyyətində olan bu cümhuriyyətin övladları heç bir zaman azadlıq ruhunu itirməyiblər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bizim xalqımız öz dilinə, inamına, tarixinə hər bir zaman sadiq qalıb: “SSRİ-nin təməllərinin dağılması prosesi Azərbaycandan da yan keçmədi. Azərbaycan xalqı illərdən bəri arzusunda olduğu azadlığına qovuşdu. Bu tarix bizim üçün çox əhəmiyyətlidir. Düzdür, bu azadlıq, müstəqillik bəlasız ötüşmədi. Bu elə bir dövr idi ki, Azərbaycan həm xaricdə, həm də ölkə daxilində böyük mübarizələrlə üz-üzə idi. Əlbəttə ki, Azərbaycan xalqı bu çətin zamandan da alnıaçıq, üzüağ çıxmağı bacardı.

Tarixin bu çətin, keşməkeşli dövründə düzgün seçim edib, öz müdrikliyini bir daha sübut edərək Azərbaycan xalqının, Türk dünyansının böyük oğlu Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildə Ulu Öndər Azərbaycana ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycan öz müstəqilliyini, azadlığını əbədi etmiş oldu. Həmin gündən etibarən bu tarixin ən fundamental təməli atıldı.

Bundan sonra keçən illər əlbəttə ki, Azərbaycanın yeni, ən yeni tarixinin əhəmiyyətli səhifələridir. Bu səhifələr içərisində Azərbaycanın mübarizəsi davam etdi. Azərbaycanın öz bütövlüyü, işğal altında qalmış torpaqları uğrunda mübarizəsi davam etdi. Ulu Öndər Heydər Əliyevin başlatdığı və daha sonra cənab Prezident İlham Əliyev tərəfindən böyük bir ləyaqətlə davam etdirilən bu yol Azərbaycan xalqının böyük zəfəri ilə başa çatdı. Bu gün biz zəfər çalmış, qalib Azərbaycan olaraq dirçəliş günümüzü qeyd edirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə