Ədasını çəkəmməzsən o yarın,
Ki, ədasından parlar o camalın,
Səbr et ey yar, bu kürbət qabirdə qalar,
İlhah etmə, bu Leylivəş səni anlar.
Yar qasidi olmuş ahu fəğan,
Bi-xəbər idi o dəlalı Ceyran,
Dili-zar idi dəbur zaman,
Carə deyildi nə zaman, nə əhd-peyman.
Bihuş etmişdi sürmeyi gözlər,
Gərdanı gövhər, baxışı kövsər,
Hacibi mizrab, qönçəli dodaq,
Ey zalım yar, nədir bu bədiəzər?
Qürbət eldə nə gəzirsən Dilbəra?
Yarın sənsiz neylər ki biçara,
Eşqindən olubdur dəli-divana,
Həsrətindən solubdur biçara.
Nəcəfova Fatimə Kənan qızı,
Bakı Pedaqoji Universitetinin 1-ci kurs tələbəsi
1.Əda-naz.
2. Səbr et ey yar, bu kürbət qabirdə qalar - bu qəm keçmişdə qalar.
3. İlhaq etmə - israr etmə.
4. Dəlalı-nazlı.
5. Dili-zar-ağlar qəlb.
6. Dəbur-ayrılıq.
7. Gərdan-boyun.
8. Hacibi-qaş.
9. Bədiəzər-şairanə mənzərə.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB